7 Avqust 2015 11:35
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığının yoxlamalarının nəticələrinə həsr olunan toplantılar keçirib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyinin rəhbərliyi əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini hörmət və ehtiramla yad ediblər.

Cəbhə bölgəsində yerləşən hərbi hissə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantılarda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı müdafiə nazirinə məruzələr edilib.

Sonda Z.Həsənov real vəziyyət nəzərə alınmaqla döyüş və praktiki hazırlığa diqqətin artırılması, döyüş növbətçiliyində sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının dəqiq, vaxtında və müxtəlif hava şəraitində yerinə yetirilməsi, o cümlədən bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri başa çatıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər