18 Fevral 2016 09:45
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada dünən baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 61 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Rəsmi məlumatlara görə, baş vermiş partlayış yaxınlıqdakı 4 avtomobili də yararsız vəziyyətə salıb. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib. Qeyd edək ki, Ankara valisi Mehmet Kılıçlar hadisədən sonra verdiyi açıqlamada partlayışın bomba yüklü avtomobil vasitəsilə törədildiyini bildirib.

***

Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları yollanıblar.

Partlayışın hərbi maşınların olduğu ərazidə baş verdiyi bildirilir.

Ankara valisi Mehmet Kılıçlar hadisə nəticəsində azı 18 nəfərin öldüyünü, 45 nəfərin xəsarət aldığını bildirib.

Onun sözlərinə görə, partlayış bomba yüklü avtomobil vasitəsilə həyata keçirilib.

Samir


Müəllif: