Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.
Prezident İlham Əliyev açılışda iştirak edib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.
Sonda xatirə şəkli çəkdirilib.