16 İyun 2016 12:10
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Türkiyə-Rusiya münasibətlərinin nizama qoyulması üçün cəhdlər edilir. Buna misal olaraq Türkiyənin yeni baş naziri Binəli İldırımın Rusiya Günü münasibəti ilə rusiyalı həmkarını təbrik etməsi, prezident Ərdoğanın Rusiyanın Türkiyədəki səfirini iftar süfrəsinə dəvət etməsini göstərmək olar.

Hazırda siyasi təhlilçilər hesab edirlər ki, Türkiyə Rusiya ilə barışmağa cəhdlər göstərir. Çünki prezident Ərdoğan Amerikaya etdiyi sonuncu qeyri-rəsmi səfər zamanı ona göstərilən münasibətdən narazı qalıb.

Teleqraf.com xəbər verir ki, politoloq Xaləddin İbrahimli Rusiya-Türkiyə münasibətlərini şərh edib.

X.İbrahimli bildirib ki, Türkiyə vaxtından əvvəl Rusiya ilə barışmaq üçün addımlar atır. Onun fikrincə, Rusiya bu mərhələdə Türkiyə ilə barışmayacaq: “Rusiya Qərbdən gözlədiklərini və ya Vaşinqtondan vəd edilənləri almayıb. Hələlik Qərbdən ümidlərini tam kəsməyib. Ancaq Rusiya Türkiyə ilə barış görüntüsünü yarada bilər. Bu yolla Rusiya Qərbə başa salmaq istəyir ki, əgər sanksiyaları aradan qaldırmasanız, Türkiyə ilə barışacam. Başqa sözlə, Moskva hələ Türkiyə ilə münasibətlərə Qərb ilə bazarlıq predmeti kimi baxır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər