20 İyun 2016 20:13
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan tərəfi Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirir".

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O qeyd edib: “Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq”.


Müəllif:

Oxşar xəbərlər