30 İyun 2016 11:05
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistana səfəri çərçivəsində bu gün səhər İrəvanda Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikri mübadiləsi aparılıb, yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub.

Qeyd edək ki, ATƏT sədrinin iyunun 29-da regiona səfəri başlayıb. O, dünən Ermənistanda görüşlər keçirib, bu gün isə Azərbaycana gəlir. (APA)


İyulun 1-də isə Ştaynmayer Gürcüstana səfər edəcək.


Müəllif:

Oxşar xəbərlər