Bağdadda törədilmiş terror hücumu ilə əlaqədar olaraq, İraqın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
Səfirlikdən verilən xəbərə görə, xatirə kitabı bu gün saat 17:00-a qədər açıq olacaq.
Bundan əlavə, matəm əlaməti olaraq səfirlikdə dövlət bayrağı aşağı salınıb.
Xatırladaq ki, iyulun 3-də İŞİD terror qruplaşmasının Bağdadda törətdiyi terror aktları nəticəsində 170-dən çox adam həlak olub. (“Report”)