Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev İsveç dövlətinin Azərbaycanda səfiri İngrid Tersman ilə görüşüblər.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan-İsveç və Azərbaycan-Avropa İttifaqı münasibətləri, Azərbaycanda iqtisadi böhran, insan haqlarını vəziyyəti və digər məsələlər müzakirə olunub.
Daha sonra Azərbaycanın Avropa İttifaqı ilə münasibətlər, “Şərq tərəfdaşlığı”, GUAM və İnsan haqların qorunmasına dair fikir mübadiləsi aparılıb.
Xanım səfir bu görüşün onun üçün faydalı olduğunu və gələcəkdə davam etməsini arzulayıb.
Cavad