27 İyul 2016 19:00
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana səfərə gələn Böyük Britaniya parlamentinin nümayəndə heyəti iyulun 27-də Milli Məclisdə olub.

Teleqraf.com xəbər verir ki, qonaqlar Milli Məclisin fəaliyyəti ilə tanış olub, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.

Komitənin sədri Səməd Seyidov britaniyalı parlamentarilərə ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirdiyi beynəlxalq layihələr barədə məlumat verib. Bildirib ki, bir sıra sahələrdə əldə etdiyi uğurlu yeniliklərlə dünyaya nümunə olan ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə irəliləyir. Azərbaycanda bütün dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində, tolerant mühitdə yaşayır. Ölkəmiz beynəlxalq qurumlara qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq edir.

Görüşdə Milli Məclisin deputatları qonaqlara “ASAN xidmət” modeli, ölkəmizin turizm potensialı barədə məlumat veriblər.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Bob Bləkmən səfərin Azərbaycanla daha yaxından tanış olmaq məqsədi daşıdığını söyləyib. O, bundan əvvəl də ölkəmizə səfər etdiyini və hər gəlişində Bakıda böyük inkişafın şahidi olduğunu deyib. Dostluq qrupunun sədri Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımları müsbət dəyərləndirib.


Müəllif:

Oxşar xəbərlər