“Ölkəmizdə tolerantlıq yüksək səviyyədə təmin olunub”.
Bunu AMEA-nın vitse-prezidenti, Milli Məclisin komitə sədri İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə bərabər şərait yaradılıb. Onun sözlərinə görə, yaradılan şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi bütün dünyaya nümunəyə çevrilib”.
Akademik deyib ki, multikulturalizm çoxmədənilik, fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır: “Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Xalqımız qədimdən bəri cəmiyyətdə harmoniya yaranmasına şərait yaradıb. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütövlükdə xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir”.
Cavad