6 Avqust 2016 10:24
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiyada dəyişikliklər edilməsi haqqında referendum aktı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq sentyabrın 26-na təyin olunan ümumxalq səsverməsinə hazırlığın ilk mərhələsi kimi imzatoplama kampaniyasına start verilib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, partiyanın Yasamal rayon təşkilatında yaradılmış “Yeni Azərbaycan” təşəbbüs qrupunın üzvləri ilk gündən kampaniyada fəallıq göstərirlər. 27 mindən artıq üzvü olan YAP Yasamal rayon təşkilatının ətrafında birləşən 143 ərazi ilk partiya təşkilatı imzatoplama kampaniyasına cəlb olunub. İmza toplayacaq şəxslərə müvafiq təlimatlar verilib. Bu kampaniya üçün ayrılmış 30 fəala imza vərəqələri paylanılıb.

İlk gündə minə yaxın vətəndaş seçici hüququndan istifadə edərək imza verib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər