20 Avqust 2016 16:56
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq beynəlxalq ictimaiyyət dərk edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib ki, istənilən vaxt münaqişənin müharibəyə transformasiyası mümkündür.

Onun sözlərinə görə, bütün bu reallıqlar həmsədrləri hərəkətə gətirir və onlar ciddi-cəhdlə çalışırlar ki, növbəti görüşlər baş tutsun: “Çünki irəliləyişlər əldə edilməsə, çoxsaylı görüşlərin özü də müharibənin baş verməsinin qarşısını almaq gücündə olmayacaq. Bunu indidən proqnozlaşdırmaq mümkündür. Elə bu səbəbdən də imkan daxilində həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşü təşkil etsinlər. Yəni artıq onların bu ciddi-cəhdlərinin səbəblərini proqnozlaşdırmaq və qiymətləndirmək elə də çətin deyil”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər