İran İslam Şurası Məclisi (parlament) Azərbaycan Respublikası ilə birlikdə su elektrik stansiyasının tikilməsi haqqında qanun qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın rəsmi informasiya agentliyi olan Azərtac məlumat yayıb.
İran parlamentindən bildirilib ki, su elektrik stansiyası (SES) Araz çayı üzərində inşa olunacaq, Azərbaycanın Ordubad və İranın Mərazad şəhərlərini enerji ilə təmin edəcək.
Qanunun qəbul olunması ilə bağlı səsvermədə 180 deputat lehinə, 9 deputat isə əleyhinə səs verib. Deputatlardan 5 səsvermədə iştirak etməyib.