MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu müşahidə edəcək.
APA-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat verilib. Nümayəndə heyəti referendum günü Azərbaycanda olacaq.
Xatırladaq ki, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.