14 Sentyabr 2016 18:09
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyev Makedoniyaya səfər edir. Bu barədə Teleqraf.com-a partiya sədrinin özü məlumat verib.

B.Quliyev bildirib ki, Makedoniyaya səfəri həm də bu ölkədə fəaliyyət göstərən Türk Hərəkat Partiyasına mənəvi dəstək ifadə etməklə bağlıdır: “Hazırda Türk Hərəkat Partiyası Sosialist Demokrat Koalisiyasında təmsil olunur. Koalisiya isə Makedoniyada aralıq hökumətdə təmsil olunur”.

CHP sədri qeyd edib ki, Makedoniya səfəri zamanı Türk Hərəkat Partiyasının seçki kampaniyasında aktiv iştirak edəcək: “Məqsədimiz Makedoniyada yaşayan türklərə, onların qurduğu siyasi təşkilata dəstək vermək, seçki tədbirlərində iştirak etməkdir”.

Bundan başqa CHP sədri səfəri zamanı Demokratik Sosialist Koalisiyasında təmsil olunan digər partiya sədrləri ilə də görüşlər keçirəcək, müzakirələr aparacaq.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər