22 Sentyabr 2016 11:56
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında enerji, nəqliyyat, mədəni və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazirlər Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd ediblər. Bu xüsusda üçtərəfli formatda energetika nazirləri və xarici işlər nazirlərinin qarşıdan gələn görüşlərinin gündəliyi müzakirə olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər