"Azərbaycan "ADEX 2014" müdafiə sənayesi sərgisində 27 məhsulla təmsil olunmuşdu. Bu il sərgidə nümayiş olan məhsulların sayı 260-dan çox olacaq".
Teleqraf.com xəbər verir ki, bu sözləri müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
O qeyd edib ki, keçən sərgidən fərqli olaraq açıq havada olan platformanın sahəsi bir neçə dəfə böyüyüb: "Sərgidə bizim özümüzə aid nə mümkündürsə göstəriləcək və məlumat da veriləcək. Ən yeni pilotsiz uçuş aparatlarını dünən nümayiş etdirdik, digərlərini də sərgi iştirakçılarının görməsi mümkün olacaq".
Nazir müavini bildirib ki, sərgi çərçivəsində xarici şirkətlərlə müqahilə imzalanacaq.
İlhamə ƏBÜLFƏT