Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun diplomatik fəaliyyətinin başa çatması ilə bağlı media kapitanlarının iştirakı ilə görüşlər keçirir. Ötən gün diplomat artıq Mətbuat Şurasında ölkə mediasının rəhbərləri ilə görüşüb.
Səfir İsmayıl Alper Coşkunun bundan sonra kimlərlə vida görüşü keçirəcəyi hələlik bəlli deyil. Lakin aydındır ki, onun dövlət və hökumət rəsmiləri ilə görüşləri olacaq. Səfirin siyasi partiya sədrləri ilə görüşüb-görüşmədiyi haqda məlumat yoxdur.
Teleqraf.com bəzi partiyalarla əlaqə saxlayaraq onlardan bu haqda soruşub.
KXCP sədri Mirmahmud Mirəlioğlunun cavabı qısa olub: “Hörmətli səfir Bakıda diplomatik fəaliyyətinə başlayanda bizimlə görüşdü ki, indi gedəndə bizimlə bir araya gəlsin? Bizim görüşümüz olmayıb”.
ADP sədri Sərdar Cəlaloğlu: “Bizim həm səfirlə, həm də səfirliklə gözəl əlaqələrimiz var. Lakin səfirin diplomatik fəaliyyətini başa çatdırması ilə bağlı hər hansı bir görüş baş verməyib”.
Azərbaycan Liberal Partiyanın sədri Əvəz Temirxan: “Bizimlə görüş olmayıb. Hər hansı dəvət almamışıq. Bildiyim qədər digər partiyalarla bağlı da xüsusi bir hal baş verməyib”.
Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, onda bu haqda məlumat yoxdur: “Dəqiqləşdirmək lazımdır bunu. İnformasiyam olmadığım üçün dəqiq bir söz deyə bilmərəm”.
Cavad