“Bıçaqlanan Aygün Həsənovanın vəziyyəti indi yaxşıdır”.
Bunu Teleqraf.com-a açıqlamasında Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov deyib.
Baş həkimin sözlərinə görə, Aygün Həsənova xəstəxanaya bıçaq yaraları ilə çatdırılıb: “Vaxtında tibbi yardım göstərildi, əməliyyat olundu və onun həyatını həkimlər xilas etdilər. İndi vəziyyəti yaxşıdır. Hadisə 4 gün əvvəl baş verib”.
Qeyd edək ki, Salyan rayonun Xocalı kəndində kənd sakini Samirə Əliyeva Aygün Həsənova adlı qadına bıçaqla zərbə yetirib. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
İlhamə ƏBÜLFƏT