Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Azətbaycandakı səfirliyində olub.
Teleqraf.com xəbər verir, dövlət başçısı İsrailin 9-cu prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.
Şimon Peres sentyabrın 28-də səhər saatlarında Təl-Əviv yaxınlığındakı xəstəxanasında, 94 yaşında dünyasını dəyişib.
O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub.