4 Oktyabr 2016 11:38
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli azadlığa buraxılıb

Teleqraf.com-un xəbərinə görə, bu barədə partiya başqanı Arif Hacılı məlumat verib.

Sonuncu amnistiya aktının icrası ilə əlaqədar olaraq Fərəc Kərimli cəzasının çəkilməmiş hissəsindən azad edilib və bu gün sərbəst buraxılıb.

Fərəc Kərimli və onun qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. Fərəc Kərimli 6,5 il, S.Kərimli isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə Fərəc Kərimlinin cəzasını 3 ilə endirib.

Sirac Kərimli 17 mart 2016-cı il tarixində əvf olunub.


Müəllif:

Oxşar xəbərlər