7 Oktyabr 2016 17:25
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lalə Şövkət siyasətdən getməyib, sadəcə Azərbaycan siyasətində süstlük yaranıb”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan ALP lideri Lalə Şövkətin uzun illərdir siyasi proseslərdən uzaq durmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Lalə Şövkət lazım olanda siyasi proseslər barədə xüsusi bəyanatla çıxış edir: “Yeri gələndə, bəyanatlar verir və ya partiya onun mövqeyini ifadə edir. Vaxtaşırı onun iştirakı ilə toplantı keçiririk. Azı ayda bir dəfə Lalə xanımın iştirakı ilə müzakirələr aparırıq”.

ALP sədri qeyd edib ki, görüşlər qərargah və ya ofisdə olmadığından media nümayəndələri belə tədbirlərə dəvət edilmir.

L.Şövkətin müxalifətin toplantılarına qatılmamasına gəlincə, Ə.Temirxan vurğulayıb ki, ALP lideri cəmiyyət üçün nəticəsi olmayan toplantıda iştirakı məqsədəuyğun saymır: “Hansısa tədbirin effekti olmayacaqsa, orada iştirakın mənası nədir?”

Nərgiz


Müəllif:

Oxşar xəbərlər