27 Oktyabr 2016 11:43
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Sabir Hacıyev oktyabrın Moldovanın paytaxtı Kişinyov şəhərində səfərdədir.

Teleqraf.com Milli Məclisə istinadən bildirir ki, deputat MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçi qismində oktyabrın 30-da bu ölkədə keçiriləcək prezident seçkilərinin gedişini izləyəcək.

Azərbaycan parlamentinin nümayəndəsi öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü paytaxtdakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcək.

Nemət


Müəllif: