"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır".
Teleqraf.com xəbər verir ki, bunu "Ria Novosti" agentliyinə müsahibə verən Ermənistan prezidenti Serj Sarkisyan deyib.
Bununla belə Ermənistan prezidenti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində xalqların öz müqəddəratını təyinetmə hüququ nəzər alınmalıdır:
"Biz bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Amma xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü prinsipinə zidd deyil. Ona görə ki, ərazi bütövlüyü dövlətlər arasında münasibətlərə aiddir, öz müqəddəratını təyinetmə xalqların sivil dünyada kompakt yaşamasıdır. Bütün məsələlər güc tətbiq edilmədən həll olunmalıdır.
Əgər biz xalqların öz müqəddəratını təyinetmə prinsipini rədd edirdiksə, onda biz sovet ittifaqının tərkibindən çıxmalı deyildik. Ona görə də bu prinsiplər bir-birinə zidd deyil".
Samir