19 Noyabr 2016 08:52
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, hesab edirəm ki, bu istiqamətdə müəyyən irəliləyişlər baş verəcək. Fikrimcə, ətraf rayonlar məsələsi yaxın vaxtlarda müsbət həll ediləcək. Amma bütövlükdə Dağlıq Qarabağ probleminin yaxın vaxtlarda həll edilməsini gözləmirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Ali Sovetinin sabiq sədri, professor Yaqub Məmmədov deyib. Məmmədov Ermənistan prezidenti Serj Sarkisiyanın son bəyanatlarını da şərh edib.

Professor hesab edir ki, Ermənistan rəhbərliyi öz sözünü demir: “ Əgər söhbət Serj Sarkisiyandan, onun son fikirlərindən gedirsə, nəzər alın ki, erməni prezident öz sözünü demir. Bu sözü ona deditdirən qüvvələr var. Odur ki, bu təşəbbüslər ancaq Sərkisyanın fikri deyil. Reallıqlar göstərir ki, münaqişənin hərbi fazada həlli yolları hələlik yoxdur. Odur ki, indilikdə münaqişə danışıqlar vasitəli həll edilməlidir.

Sərkisyanın mövqeyi prinsipcə bəllidir. Məsələn, vaxtı ilə Sərkisiyan açıq elan etdi ki, bütün həyatını Qarabağ probleminə həsr edib və nə qədər ki, o var Qarabağın Azərbaycanın tərkibində olmasına imkan verməyəcək. Bu adam öz münasibətini açıq şəkildə bildirib. Odur ki, bu məsələlər nəzərə alınır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər