12 Yanvar 2017 17:11
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, S.Kurtsun Moskvaya səfəri yanvarın 17-18-də baş tutacaq. O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

"Səfər zamanı ikitərəfli məsələlər, həmçinin Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional münaqişələrin yaratdığı problemlər nəzərə alınmaqla ATƏT məkanında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır" - M.Zaxarova vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər