14 Yanvar 2017 14:37
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə həmkarı Mövlud Çavuşoğluna təbrik məktubu ünvanlayıb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Elmar Məmmədyarov məktubda həmkarı Mövlud Çavuşoğlunu Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib.


Məktubda Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir” kəlamlarının dövlətlərimizin və xalqlarımızın əlaqələrinin ruhunu və sarsılmaz özülünü təşkil etdiyi qeyd olunaraq, ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb və tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyi vurğulanıb.

Elmar Məmmədyarov bu gün də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilən dövlətlərimiz arasındakı yüksək səviyyəli strateji müttəfiqlik əlaqələri, xalqlarımızın tarixi qardaşlıq münasibətləri, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi istiqamətində birgə səylərimizin xalqlarımızın rifahına, regionda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına xidmət etdiyini bildirib.

Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr 14 yanvar 1992-ci ildə qurulub.


Müəllif:

Oxşar xəbərlər