13 Fevral 2017 15:35
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur”.

Teleqraf.com-un məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Mixail Canelidze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Gürcü nazir daha sonra deyib: “Fəxrlə deyə bilərik ki, bu 25 il ərzində Azərbaycanla mehriban, yüksək səviyyəli siyasi əlaqələr qurulub. Əlaqələrimiz strateji xarakter daşıyır. Azərbaycanla Gürcüsan arasında ötən il ticarət dövriyyəsinə gəldikdə, burada vəziyyət ürəkaçan deyil.

Bu da regionda müşahidə olunan böhranlı vəziyyətlə əlaqədardır. Lakin mən həmkarımla bu göstəricinin artırılması istiqamətində müzakirələr apardıq. Hər iki ölkənin bu mənada çox yaxşı potensialı var”.

Gürcü nazir ötən il Gürcüstandan Azərbaycana gələn turistlərin sayında artım qeydə alındığını vurğulayıb. Bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı arasında danışıqların yeni mərhələsinə start verildiyini xatırladan gürcü nazir bu münasibətlə təbriklərini də çatdırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər