20 Fevral 2017 18:07
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də saat 11.00-də Ağdaşda vətəndaşları qəbul edəcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, rayondakı Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Ağdaş, Göyçay, Ucar və Zərdabdan olan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.


Müəllif:

Oxşar xəbərlər