6 Mart 2017 14:30
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşü rusiyalı nazir giriş niqti ilə açıb: "Hörmətli Elmar Məmmədyarov, əziz dostlar. Sizi diplomatik əlaqələrimizin 25 illiyi münasibəti ilə Moskvada görməyə şadam. Bir az əvvəl biz bu münasibətlə sərginin açılışı etdik. Rusiya və Azərbaycan strateji tərəfdaşlığının inkişafında bizim liderlərimizin müntəzəm görüşləri həlledici rol oynayır. Ötən il bu cür görüşlər az olmayıb. İnanıram ki, bu il də prezidet və hökumət başçıları səviyyəsində görüşlərimiz planlaşdırılacaq. Parlamentlərarası əlaqələr sürətlə inkişaf edir.

Ümid edirəm ki, bu gün biz ikitərəfli əlaqələrimiz, regional və beynəlxalq problemlərim bütün spektrləri üzrə müzakirələr aparacağıq".

Öz növbəsində, Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O əlavə edib ki, iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq lazımdır: "Mən Azərbaycan və Rusiya arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı barədə söylədiyiniz fikirləri yüksək qiymətləndirirəm. Bizim əmtəə dövriyyəmiz hər il durmadan artır və bunun daha da artması üçün işlər görməliyik. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 ili ərzində münasibətlərimiz ciddi sarsıntılara məruz qalmayıb. Azərbaycanda rus dilini sevir və öyrənirlər. Ölkəmizdə rus dilinin tədris olunduğu məktəblərin sayı çoxdur. Rusiya ali məktəbləri böyük məmnuniyyətlə Bakıda öz filiallarını açır. Düşünürəm ki, bu, çox yaxşı əlamətdir".

Görüş bağlı qapılar arxasında davam etdirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər