8 Aprel 2017 10:02
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir iştirakçıları ilk növbədə ADR sədrinin gənclərlə görüşünü dəyərləndiriblər, qərara alınıb ki, görüşün davamı olaraq onlarla əməkdaşlıq müxtəlif formatlarda və gəncləri maraqlandıran ən vacib məsələlər üzrə məsləhət saatları, seminarlar təşkil etməklə davam etdirilsin. Bununla yanaşı İdarə Heyətinin üzvləri ADR Hərəkatının qeydiyyatı ilə əlaqədar məhkəmədə qaldırdıqları iddiaya dair firkir mübadiləsi aparıblar. Yaxın Şərqdə yaranmış vəziyyətdən narahatlığını ifadə edən İdarə Heyətinin üzvləri Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silahlardan istifadə etdikdən sonra ABŞ-ın hərbi hava qüvvələrinin bu ölkəyə müdaxiləsini düzgün hesab edərək, Türkiyənin bölgədəki maraqları nəzərə alınmaqla bu prosesin NATO standarları və tələbləri əsasında davam etdirilməsini məqbul və bölgədə sülhün yaranması üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Həmçinin regionun digər ölkələrində Ermənistanda son parlament seçkilərinin sülhə və dialoqa zərər vuran nəticələri, o cümlədən Rusiyda, İsveçdə baş verən son terror hadisələri də iştirakçılar tərəfindən qətiyyətlə pislənib.

Sonda İdarə Heyəti üzvləri ADR Hərəkatı Ali Məclsinin Komissiyaları haqqında Əsasnaməni müzakirə ediblər.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər