18 Aprel 2017 00:12
5 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllim hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır

Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib.

Teleqraf.com “Xəzər xəbər”ə istinadən xəbər verir ki, görüntülər Tovuz rayonu Qalaboynu kənd məktəbində çəkilib. Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdu.

Məsələni araşdırmaq üçün həmin məktəbə üz tutub elə həmin müəllimin özünü tapdıq. Görüntülərin montaj olduğunu iddia edən müəllim ittihamlarla razılamadı.

Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir.

Müəllim hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır.

Məsələ ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Rayon Təhsil Şöbəsinin mövqeyini öyrənməyə çalışdıq.

Təhsil Nazirliyindən məsələyə Rayon Təhsil Şöbəsinin mövqe bildirəcəyi deyilib. Gün ərzində cəhdlərə baxmayaraq Rayon Təhsil Şöbəsindən məsələyə münasibət almaq mümkün olmayıb.


Müəllif:

Oxşar xəbərlər