12:41
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəyi Allahverdiyev sədrlik edəcək.
Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Hacı Zeynalov
***
MTN-in keçmiş Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxılacaq.
Bakı Hərbi Məhkəməsindən Teleqraf.com-a bildirilib ki, bu, təhlükəsizlik tədbirləri ilə bağlıdır.
Bakı Hərbi Məhkəməsində generalın işinə baxılması üçün geniş şərait yoxdur. Bu səbəbdən hərbi məhkəmənin hakimləri Sabunçu rayon Məhkəməsinə ezam olunacaqlar.
Generalın məhkəməsi aprelin 27-də, saat 10.00-a təyin edilib. İş üzrə zərərçəkmişlər Sabunçu rayon Məhkəməsinin inzibati binasına çağırılıb.