3 May 2017 11:41
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı öldürülüb.

Teleqraf.com primecrime.ru saytına istinadla xəbər verir ki, öldürülən şəxs 42 yaşlı Cabir Həsənovdur.

Məlumatlara görə, Cabir Həsənov ötən ilin avqustunda öldürülən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) qətlində iştirak edən killerlərdən biri olub.

Bununla bağlı Rusiya İstintaq Komitəsinin mənbəsi məlumat verib:

"Bundan başqa, o, qanuni oğru Rafiq Eyvazovun (Rafiq Masallinski) qulağının kəsilməsi ilə nəticələnən qisasda iştirak edib.

Cabir Həsənov azərbaycanlı avtoritet Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarındandır. Cabir Quli ilə 2009-cu ildə həbsxanada tanış olub. O, Qulinin saxlanıldığı koloniyada 5 il həbs cəzası çəkib. 2014-cü ildə Cabir Həsənov Rusiyaya köçüb. C.Həsənov 2015-ci ildə Samarada azərbaycanlı müəllimin oğurlanmasında iştirak edib. Hadisədən sonra Cabir axtarışa verildiyi üçün Ukraynaya, oradan isə Türkiyəyə qaçıb.

Cabirin öldürülməsindən sonra Rafiq Eyvazov "İndi 6 nəfər qaldı" sözlərini deyib. Bildirilib ki, Rafiqin qulağının kəsilməsində 7 nəfər iştirak edib və avtoritet onların hər birindən intiqam alacağına and içib. İlkin ehtimallarda da Cabirin öldürülməsində Rafiq Eyvazovun əlinin olduğu qeyd olunub".

Elvin


Müəllif:

Oxşar xəbərlər