4 May 2017 14:35
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan sarı zolaqlardan istifadə məhdudiyyəti qüvvəyə minir.

Bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Teleqraf.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, mayın 5-dən IV İslam Həmrəyliyi Oyunlarının başlanması ilə əlaqədar tədbirlərə start veriləcək: “Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə müraciət edir ki, idman oyunlarının keçirildiyi ərazilər istiqamətində sarı rəngli zolaqlara daxil olanlar inzibati qaydada məsuliyyətə cəlb olunaraq, 40 manat cərimələnəcəklər.

Qadağa mayın 25-nə kimi davam edəcək. Bu zolaqlardan yalnız idman oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi qabaq və arxa tərəfində xüsusi işarələnmiş avtomobillər istifadə edəcəklər”

Şəfiqə Nazimqızı


Müəllif:

Oxşar xəbərlər