Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 26 yaşlı Ebiqeyl Roulendin ölüm səbəbi kimi intihar göstərilsə də, sonradan hadisənin təfərrüatları məlum olub.
Bildirilib ki, gənc qız sevgilisi 30 yaşlı Ceyms Brum ilə mübahisə edib. Mübahisədən sonra qız intihar edəcəyini deyib. Ceyms isə onu ciddiyə almayıb və evi tərk edib.
Ebiqeyl sevgilisini qorxutmaq üçün boğazına kəndir keçirib və Ceymsə zəng edib. Ancaq qızın ehtiyatsızlığı onun ölümünə səbəb olub. Ayağının altına qoyduğu stulun aşması nəticəsində Ebiqeyl faciəvi şəkildə ölüb.
Ceyms 3 saat sonra evə qayıtdığında sevgilisinin cəsədini görüb.
Ebiqeylin anası ölümdə Ceymsi günahlandırmayıb: "Ebiqeyl çox şən qız idi. Onlar Ceymslə xoşbəxt idilər və yaxın vaxtlarda evlənməyə hazırlaşırdılar".
Samir