30 May 2017 09:58
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada baş verən qasırğa Kremlə də ciddi ziyan vurub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, güclü külək Kremlin Senat sarayının dam örtüyünü yararsız hala salıb.

Olayın videosu sosial şəbəkədə yayımlanıb.

Qeyd edək ki, dünən axşam saatlarında başlanan qasırğa 13 nəfərin həyatına son qoyub. Təbii fəlakət zamanı 168 nəfər xəsarət alıb. Onlardan 22-si uşaqdır. 150 nəfər hazırda xəstəxanalarda müalicə alır.

Damı uçan saray 1776-1787-ci illərdə tikilib.

Həmin videonun təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər