Daxili İşlər Nazirliyindən Teleqraf.com- verilən məlumata görə, mayın 29-da Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Etibar Nəbiyev sürücü işlədiyi Mənzil İstismar Sahəsinə məxsus idarə etdiyi “ZİL” markalı avtomobili saxlayıb yolun kənarındakı zibil tullantılarını yığan zaman avtomobil hərəkətə gələrək onun üzərindən keçib.
Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.