1 İyun 2017 18:33
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

General-leytenant Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Teleqraf.com-un məlumatına görə, Prezident Administrasiyasının strukturunda edilmiş son dəyişikliklə Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidməti ləğv olunub.

Bununla əlaqədar həmin xidmətin müdafiə məsələləri şöbəsi də avtomatik ləğv olunmuş, M. Əliyev isə şöbə müdiri vəzifəsini itirmiş sayılır.

O, hələlik yeni təyinat almayıb.


Müəllif: Teleqraf.com