6 İyun 2017 10:42
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Turan Əliyevi yaşıdı Tərlan Hacıyev bıçaqlayıb. O, xəstəxanaya yerləşdirilib.

Məlumat üçün bildirək ki, Tərlan Hacıyev və Turan Hacıyev orta məktəbin 11-ci sinfində təhsil alırlar. Onlar 85 saylı orta məktəbdə oxuyurlar. İlkin məlumata görə, məktəblilər qız üstündə mübahisə ediblər. Mübahisə qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov