4 İyul 2017 02:13
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərindəki yataqxanalardan birində kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə yataqxanada məskunlaşmış ailələrin övladları arasında yaranmış mübahisə zəminində baş verib. Belə ki, uşaqlar arasında düşən dava zamanı onlardan birinin valideyni, 1983-cü il təvəllüdlü Abbasov Müslüm nalayiq ifadə işlədib. Bu zaman digər valideynlər onunla mübahisə edərək M.Abbasovu döyüblər.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Dava zamanı daha iki nəfər də xəsarət alıb. Lakin onlar xəstəxanaya müraciət etməyiblər.
Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com