Teleqraf.com dilova.com.ua saytına istinadla xəbər verir ki, adı çəkilən bazada SOCAR, AMİK və OKKO şirkətlərinin neft məhsulları saxlanılır.
Olayın görüntüləri sosial şəbəkədə paylaşılıb. Məlumatlara görə, yanğına səbəb OKKO şirkətinə məxsus yanacaqdaşıyan avtomobildə baş vermiş partlayış olub.
Hadisə zamanı ən azı 2 nəfərin yaralandığı bildirilib. Hazırda yanğının qarşısının alınması üçün hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb edilib.