Teleqraf.com xəbər verir ki, aksiyaçılar Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səyahət edərək dövlət sərhədini pozmaqda və ərazi bütövlüyünün parçalanmasına çağırış etməkdə təqsirləndirilən Aleksandr Lapşinin cinayət işi üzrə proses keçirilən zaman məhkəmə önünə yığışaraq şüarlar səsləndiriblər.
Onlar əllərində erməni silahlı qüvvələri tərəfindən öldürülən 2 yaşlı Zəhranın fotolarını tutublar.
Təşkilat üzvləri "Ermənilərə ölüm!", "Ermənilər torpaqlarımızdan rədd olsun!" kimi şüarlar səsləndiriblər və bildiriblər ki, Aleksandr Lapşin Zəhranın qatili olan erməniləri dəstəkləyir.