7 İyul 2017 22:44
3 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

81 yaşlı Quran müəllimi azyaşlı qızlara seksual təcavüzdə ittiham edilərək 13 il müddətinə həbs olunub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Məhəmməd Hacı Sadiq Kardifin Mədinə məscidində 30 il Quran dərsləri deyib və dörd qızı cəza forması olaraq cinsi təcavüzə məruz qoyub.

O, 13 yaşlı qıza toxunaraq səkkiz dəfə təcavüz etməkdə və digər əxlaqsız hərəkətlər törətməkdə təsqirli bilinib.

O, 5-11 yaşlarında dörd qıza təcavüz etməsi barədə ittihamları rədd edib və məscidin içərisində "siyasi" oyunların oynandığını deyib.

Ancaq ona cəza kəsən hakim deyib: "Uşaqlar sənə hörmət əlaməti olaraq dayı deyirdi. Mənim fikrimcə, isə sən nadürüst kişisən".

Məlumatda bildiirlir ki, qızlar Quran oxuyarkən səhv etdikləri zaman imam onlara təcavüz edib. Bundan başqa cəza növü olaraq çubuqdan onların əllərini vurmaq üçün istifadə edib.

Qurbanlardan bəziləri deyib ki, imamın təcavüzləri ucbatından məscidə getməyə qorxublar. Qurbanlardan biri deyib ki, ailəsinin namusunu qorumaq üçün məsciddə baş verənlər haqqında danışmağa öncə utanıb, amma anasına deyəndən sonra polisə gediblər.


Müəllif: Teleqraf.com