10 İyul 2017 17:31
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alim Qasımovun oğlunun gözünü çıxardıblar.

Alim Qasımovun oğlunun toyda gözündən yaralanması ilə bağlı xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, iyulun 8-də axşam saatlarında Müşfiqabadda yaxın qohumlarının toy axşamına yığışan qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən və dava edənləri ayırmağa çalışan Qadir Qasımovu atasının əmisi nəvəsi qəfildən gözündən vurub. Aldığı zərbə nəticəsində Qadirin bir gözündən ciddi xəsarət aldığı bildirilir. Bəzi şahidlər isə onu vuran şəxsin də bıçaqla yaralandığını və hal-hazırda xəstəxanada olduğunu deyirlər.

Alim Qasımovun oğlunun bu günlərdə əməliyyat üçün Türkiyəyə aparılacağı bildirilir.

Dəfələrlə problemsiz şəkildə Teleqraf.com-un zənglərinə cavab verən Alim Qasımovla bu hadisəylə bağlı xəbər yayılandan bəri əlaqə yaratmaq mümkün olmayıb. Araşdırma aparılır.


Müəllif: Könül

Oxşar xəbərlər