Cəlilabad rayonunun Alar kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə 1 saylı orta məktəbin qarşısında qeydə alınıb.
Qəza nəticəsində maşının içərisində qalanların olduğu bildirilir.
Hadisə yerinə xilasedicilər cəlb edilib.
***
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Alar kəndində (rayon mərkəzindən 18 km aralı) “Mersedes” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarında yerləşən su çəninə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Hadisə nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin 1999-cu il təvəllüdlü İbayev Şəmsi İlqar oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.
***
Cəlilabad rayonunda “Mersedes” markalı avtomobil idarəetməni itirərək yol kənarında olan su çəninə çırpılması nəticəsində ölən avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Şəmsi İlqar oğlu Rzayev və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Ələmdar Qoşqar oğlu Qarayev abituriyent olub.
Alar kənd 3 saylı orta məktəbini bitirmiş Ələmdar Əzizov və Şəmsi Qarayev sabah, iyulun 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) keçirəcəyi qəbul imtahanında iştirak edəcəkmiş.
Onların hər ikisi 2000-ci il təvəllüdlü olub.
Faktla bağlı araşdırma aparılır. /Report/