20 İyul 2017 22:07
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanalda batan şəxsin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Sabirabad rayonu, Qalağayın kəndində Sabir kanalında batan 1979-cu il təvəllüdlü Şirəliyev Nizam Rəis oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:22-də başa çatıb.


Müəllif: Teleqraf.com