21 İyul 2017 16:44
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış şairə, publisist, tərcüməçi Afaq Şıxlının səhhəti qəfildən pisləşib.

Bu barədə Teleqraf.com-la danışan həmyerlimiz yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirildiyini deyib.

Hazırda müayinə və müalicə olunduğunu deyən şairə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını bildirib:
"Ürəyim xəstə olsa da, həkimə getmirdim, qəfildən halım pisləşdi və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıldım. İki gündür ki, müayinə və müalicələr aparılır. Həkimlər infarkt riskindən şübhələnir, müayinə tam başa çatandan sonra dəqiq diaqnoz qoyulacaq. Özümü yaxşı hiss etmirəm, görək müalicədən sonra necə olacağam".

Qeyd edək ki, Afaq Şıxlı Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya və Rusiya Yazıçılar Birliyinin üzvü, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibidir.


Müəllif: Könül

Oxşar xəbərlər