Publika.az Almaniyanın “Morgenpost” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı idmançının cəsədi avtoban yolu yaxınlığında yük maşınının sürücüsü tərəfindən aşkarlanıb.
Hamburqda yaşayan Tunahan iyunun 23-də rinqə çıxmalı imiş. Ancaq ondan xəbər alınmadığı üçün görüş o vaxtdan təxirə salınıb. Qeyd edək ki, bundan bir gün əvvəl gənc boksçunun məşqçisi naməlum şəxs tərəfindən ayağından silahla vurulub.
Tunahanın avtomobilinə baxış keçirən polis heç bir iz tapmayıb. Üstündən 1 ay vaxt keçsə də, hər iki hadisənin səbəbləri barədə tutarlı açıqlama verilməyib.