24 İyul 2017 14:39
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdəbildə İranın velosiped üzrə azərbaycanlı çempionu Zeynəb Sasaniyan avtomobil qəzasında ölüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə iyulun 24-ü səhər saatlarında baş verib.

Məlumata görə, onun avtomobili Ərdəbil universiteti yaxınlığında ağaca çırpılıb.

Sasaniyan velosiped üzrə İranın milli yığma komandasının üzvüdür, o ölkə çempionatınının bürünc medalını qazanıb.


Müəllif: Samir